“Zəngəzur dəhlizinin açılması Ağrının vəziyyətini yaxşılaşdıracaq”

zengezur-dehlizinin-acilmasi-agrinin-veziyyetini-yaxsilasdiracaq
Oxunma sayı: 2262

“Zəngəzur dəhlizinin açılması Ağrı vilayətinin iqtisadi və sosial vəziyyətini yaxşılaşdıracaq”.

“Qafqazinfo” “TRT Haber”ə istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ağrı-Hamur-Tutak-Patnos avtomobil yolunun açılış mərasimində deyib. 

Onun sözlərinə görə, Ağrı Türkiyədən Qafqaza, Orta Asiyaya, Cənubi Asiyaya və Çinə qədər uzanan böyük potensialın tam mərkəzində yerləşir.