Zəngilanda DSX-nin yeni hərbi hissəsi fəaliyyətə başladı - Fotolar

zengilanda-dsx-nin-yeni-herbi-hissesi-fealiyyete-basladi
Oxunma sayı: 3236

Mayın 28-də Zəngilan rayonu ərazisində Dövlət Sərhəd Xidmə­tinin (DSX) yeni hərbi hissə kompleksi xidməti-döyüş fəaliyyətinə başlayıb.

Bu barədə "Qafqazinfo"ya DSX-dən məlumat verilib.

Bununla əlaqədar təşkil olunmuş mərasimdə çıxış edən DSX-nin rəisi general-polkovnik Elçin Quliyev xalqımzın dövlətçilik tarixinin şanlı səhifələrindən olan "28 may - Respublika günü" və yeni hərbi hissənin xidməti-döyüş fəaliyyətinə başlaması münasibətilə şəxsi heyəti təb­­rik edib.

Açılış mərasimindən sonra hərbi hissədə qərargaha, xidməti və inzi­bati otaqlara, zabit heyəti üçün yaşayış evlərinə, əsgər yataq­xanası, yemək­xana, hamam-camaşırxana, ərzaq, əşya və silah anbarlarına, avtomobil parkına və digər yerlərə, döyüş texnikasına və silah-sursatlara baxış keçirilib.