Zəngilanda erməni diversant saxlanıldı

zengilanda-ermeni-diversant-saxlanildi
Oxunma sayı: 7810

Məlumat verildiyi kimi, aprel ayının 23-də Azərbaycan-Ermənistan dövlət sərhədinin Zəngilan rayonu ərazisindən keçən hissəsində Ermənistan Silahlı Qüvvələrinin təxribat-diversiya qrupu tərəfindən Azərbaycanın dövlət sərhədinin pozulması cəhdinin qarşısı alınaraq diversantlar geri çəkilməyə məcbur edilib.

DSX-nin mətbuat xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, Ermənistan Silahlı Qüvvələrinin təxribat-diversiya qrupunun üzvü, hərbi qulluqçu Matirosov Eduard Arturoviç Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb.

Əməliyyat şəraiti nəzarətdə saxlanılır.