Zəngilanda yük maşını körpüdən aşdı, sürücü öldü

zengilanda-yuk-masini-korpuden-asdi-surucu-oldu
Oxunma sayı: 5412

Zəngilan rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib. 

“Qafqazinfo” xəbər verir ki, qəza dekabrın 2-də saat 12 radələrində qeydə alınıb. 

İmişli rayon sakini Nicat Qasımov idarə etdiyi “Shacman” markalı yük avtomobilini Oxçu çayının üzərindən keçən körpüdən aşırıb və aldığı xəsarətlər nəticəsində hadisə yerində ölüb.

Zəngilan RPŞ tərəfindən araşdırma aparılır.