Xəbər verdiyimiz kimi, işğaldan azad olunan ərazilərə - Zəngilana ilk qayıdış baş tutub. Belə ki, ötən gün 58 nəfərdən ibarət 10 ailə Ağalı kəndinə köçürülüb.
Ağalıya qayıdış edən sakinlərdən biri də Rahilə Almuradovadır. 4 övlad anası olan Rahilə xanım deyir ki, buradan çıxanda 35 yaşı olub. Doğma yurdundan körpə övladları ilə ağlayaraq çıxan Almuradova indi gülə-gülə, böyük xoşbəxtlik hissi və nəvələri ilə birlikdə qayıtdığını bildirir.
Xəbəri rus dilində oxuyun: “Я уезжала из Зангилана с маленькими детьми, сейчас вернулась с внуками…” - Видео
“Qafqazinfo”nun əməkdaşları da bu xüsusi gündə həmin ailələrlə birgə olub, onların sevincini lentə alıblar. Həmin videoreportajı təqdim edirik:
Eldar Tanrıverdi
Video+Fotolar: Pərvin Zeynal
Qeyd: Yazı Medianın İnkişafı Agentliyinin yardımı ilə “İşğaldan azad olunmuş ərazilərə böyük qayıdış” mövzusu üzrə dərc olunub.






Son xəbərlər
Son Xəbərlər