“Zəngilanın digər kəndlərinin konsepsiyası hazırlanır”

zengilanin-diger-kendlerinin-konsepsiyasi-hazirlanir
Oxunma sayı: 2620

Hazırda Zəngilanın digər kəndlərinin layihələrinin konsepsiyası hazırlanır.

“Qafqazinfo” xəbər verir ki, bunu Prezidentin Zəngilan rayonu üzrə xüsusi nümayəndəsi Vahid Hacıyev bildirib.

O, qeyd edib ki, infrastruktur layihələrinin tikintisi həyata keçirilir: "Avtomobil yolları, dəmir yolu çəkilir, hava limanı tikilir, melorativ işlər həyata keçirilir. Zəngilan ərazisində kənd təsərrüfatı sahəsində böyük işlər görülür".

Xüsusi nümayəndə qeyd edib ki, Ağalı sakinləri bu gün öz doğma yurdlarına ayaq basdılar: "Tarixi hadisəyə şahidlik edirik. Ona görə də bu gün çox əhəmiyyətli bir gündür. Böyük qayıdışın ilk başlanğıcı Zəngilan rayonunun Ağalı kəndindədir. Bu münasibətlə bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm. Cənab Prezidentin tapşırığı ilə bərpa və quruculuq işləri Qarabağda və Şərqi Zəngəzurda həyata keçirilir. Bu quruculuq işlərinin bir hissəsi də məhz Ağalı kəndinin tikilməsi olub. Artıq Ağalı kəndinin sakinlərinin bir hissəsi öz dədə-baba yurdlarına qayıtdılar. Onlar öz evləri ilə tanış olurlar. Yaşadığımız bu qürur hisslərini Ali Baş Komandana, şəhid və qazilərimizə borcluyuq".

Eldar Tanrıverdi