“Zenit” və “Spartak” futbolçuları arasında əlbəyaxa dava - Video

“Zenit” və “Spartak” futbolçuları arasında əlbəyaxa dava
Oxunma sayı: 3501

Rusiya kubokunda keçirilən “Zenit” - “Spartak” matçı qalmaqalla yadda qalıb.

“Qafqazinfo” xəbər verir ki, matçın sonlarnda futboçular arasında gərginlik yaşanıb. Daha sonra bu gərginlik əlbəyaxa davaya çevrilib.

Nəticədə hakim 6 futbolçuya qırmızı vərəqə göstərib. Referi “Zenit”dən Vilmar Barrios, Malkom, Rodriqonu, “Spartak”dan isə Şamar Nikolson, Aleksandr Selikov, Aleksandr Sobolevi cəzalandırıb.