Zərdab sakini intihara cəhd edib - Sifətinə gülləylə...

zerdab-sakini-intihara-cehd-edib
Oxunma sayı: 1353

Dünən Zərdab rayonunda intihara cəhd hadisəsi baş verib.

Daxili İşlər Nazirliyindən “Qafqazinfo”ya verilən məlumata görə, hadisə martın 10-da Zərdab rayonunun Şahhüseynli kəndində qeydə alınıb.

Kənd sakini Rahim Əhmədli evində intihar məqsədilə tüfəngdən açdığı atəşlə özünə üz nahiyəsindən xəsarət yetirib. O, xəstəxanaya yerləşdirilib. Zərdab RPŞ əməkdaşları tərəfindən hadisə yerindən “Tula-16” markalı tüfəng götürülüb. Araşdırma aparılır.

Murad Əhməd