Zərdabda 16 yaşlı qız özünü zəhərlədi

zerdabda-16-yasli-qiz-ozunu-zeherledi
Oxunma sayı: 2034

Zərdab rayonunda 16 yaşlı qız çoxlu dərman içərək zəhərlənib.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, rayonun Bəyimli qəsəbə sakini, 2004-cü il təvəllüdlü M. G. çoxlu dərman qəbul edərək ağır vəziyyətdə ailə üzvləri tərəfindən xəstəxanaya yerləşdirilib. Hazırda onun səhhətinin normallaşması üçün reanimasiyon tədbirlər davam etdirilir. 

Polis və prokurorluq əməkdaşları tərəfindən xəstənin ailə üzvlərinin izahatı alınıb, araşdırma aparılır.