Zərdab Rayon İcra Hakimiyyəti başçısının təşəbbüsü ilə Ramazan ayının başlanması ilə əlaqədar olaraq rayon ərazisində yaşayan şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə, tənha şəxslərə və aztəminatlı ailələrə 500 ədəd ərzaq yardımı hazırlanaraq 24 aprel, saat 11:00-dan etibarən paylanmağa başlanılıb.
“Qafqazinfo”ya daxil olan məlumata görə, koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar elan olunmuş xüsusi karantin rejimi dövründə dövlət tərəfindən görülən tədbirlərə dəstək məqsədilə Rayon İcra Hakimiyyəti başçısının təşəbbüsü ilə bu günədək 150-dən çox tənha şəxslərə və aztəminatlı ailələrə ərzaq yardımı göstərilib.
Həyata keçirilən yardım kampaniyaları bundan sonra da davam etdiriləcək.



Son xəbərlər
Son Xəbərlər