Zərdabda Gənclər Gününə həsr olunan tədbir - Fotolar

zerdabda-gencler-gunune-hesr-olunan-tedbir
Oxunma sayı: 1095

Zərdabda 2 fevral Gənclər Günü münasibətilə “Heydər Əliyev və Azərbaycan gəncliyi” mövzusunda rayon gənclərinin ümumrayon toplantısı keçirilib

“Qafqazinfo” xəbər verir ki, öncə Heydər Əliyev parkında Ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət olunaraq önünə gül-çiçək dəstələri düzülüb.

Tədbirdə Ümummilli lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.  Zərdab Rayon İcra Hakimiyyətinin başçısı Mərdan Camalzadə iştirakçıları 2 fevral - Gənclər Günü münasibəti ilə təbrik edərək, Azərbaycan gəncliyinin Ümummilli lider Heydər Əliyev siyasi kursunu yüksək səviyyədə davam etdirən, Prezident, Ali Baş Komandan  İlham Əliyevin rəhbərliyi ilə inkişaf edərək, yeni-yeni uğurlara imza atmasından, ölkə başçısının gəncliyimizin inkişafı üçün biri-birinin ardınca imzaladığı mühüm dövlət sənədlərinin Azərbaycan gəncliyinin ən ali səviyyədə yetişib inkişafı üçün atılan addımlar olmasından bəhs edib.

44 günlük Vətən müharibəsinin Azərbaycan gəncliyinin vətənpərvərliyini, əzmini bütün dünyaya nümayiş etdirmiş olduğunu diqqətə çatdırıb.

Daha sonra YAP Zərdab rayon təşkilatının sədri İlkin Əliyev, Rayon Gənclər və İdman idarəsinin rəisi Ələkbər Kərimov, fəal gənc, ekoloji aksiya iştirakçısı Rəvanə Hidayətova, taekvondo idman növü üzrə ölkə birinciliyinin bürünc medalçısı Safura Qurbanova çıxış edərək gənclərin hərbi vətənpərvərlik və vətəndaşlıq tərbiyəsinin gücləndirilməsi, zərərli vərdişlər, erkən nikah, zərərli dini cərəyanlar, asudə vaxtlarının səmərəli təşkili və müxtəlif idman növlərinin Zərdab rayonunda inkişaf etdirilməsi məqsədi ilə həyata keçirilmiş silsilə tədbirlərdən və qazanılmış nailiyyətlərdən bəhs etdilər. Çıxış edənlər göstərilən diqqət və qayğıya görə Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Toplantıda rayonun ictimai həyatında fəaliyyətlərinə görə fərqlənmiş gənclərə və idmançılara Rayon İcra Hakimiyyəti Fəxri Fərman və qiymətli hədiyyələr, Yeni Azərbaycan Partiyası sıralarına yeni daxil olmuş gənclərə partiya vəsiqələri təqdim edilib.