Zərdüşt Əlizadə dərs keçdi

zerdust-elizade-ders-kecdi
Oxunma sayı: 650

“Qafqazinfo”nun məlumatına görə, tədbirdə iştirak edən ARGTMŞ-ın mətbuat xidmətinin rəhbəri Orxan Əli deyib ki, “Hilton” otelində keçirilən 3 günlük tədbirdə yeni media ətrafında müzakirələr aparılıb. Bu gün “Azərbaycanda vətəndaş jurnalistikasının perspektivləri” mövzusunda müstəqil jurnalist, blogger Şahin Rzayev danışıb.

Politoloq Zərdüşt Əlizadə isə “Münaqişələrin tənzimlənməsində yeni medianın rolu”, “İnformasiya təhlükəsizliyi konteksində sosial şəbəkənin rolu: risk və münaqişə” mövzusunda isə Sosial və Psixoloji Tədqiqatlar Mərkəzinin təmsilçisi Nazim Mahmudov danışıb.

Dəyirmi masa 3 günlük müzakirələrdə bloggerlik, sosial şəbəkələr və ənənəvi media məsələləri müzakirə edilib. Dəyirmi masanın moderatoru jurnalist İlhamiyə Rzayeva olub. Tədbirdə ekspert qismində www. kitabxana.net veb-layihəsinin rəhbəri Aydın Əbilov, müstəqil Jurnalist Seymur Kazımov, “Həyəcan” ekoloji cəmiyyətinin sədri Əliheydər Məmmədov və Mobile Media Birliyinin Meneceri Vüqar Səfərovun maraqlı fikirlər səsləndiriblər.