“Qafqazinfo” Turan-a istinadən xəbər verir ki, fevralın 22-də Yasamal Rayon Məhkəməsi 2014-cü il, sentyabrın 19-da baş vermiş avtomobil qəzası ittihamı ilə G.Həsənlini 1 il 6 ay müddətinə məntəqə tipli cəzaçəkmə müəssisəsində cəza çəkməyə məhkum edib.
Zərərçəkən kimi tanınan 87 yaşlı Ədilə Səlimova da zərər çəkmədiyini, şikayətçi olmadığını, işə xitam verilməsini istədiyini bildirib. Məhkəmədən G.Həsənlinin cəzasının ləğv olunmasını xahiş edib.
Prosesə sədrlik edən hakim Əflatun Qasımov isə birinci instansiya məhkəməsi zamanı qanun pozuntusuna yol verilmədiyini bildirib və işin apelyasiya baxışını məhkəmə istintaqı aparmadan, əlavə sübutlar tələb edilmədən aprelin 24-ü saat 15:00-ə təyin edib.
Son xəbərlər
Son Xəbərlər