İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərif general Qasım Süleymaninin ABŞ tərəfindən öldürülməsindən sonra bəyanat verib.
“Qafqazinfo”nun məlumatına görə, dövlət rəsmisi özünün Tvitter hesabında qeyd edib ki, İŞİD, Əl-Nusra, Əl-Qaidə və digər terror birlikləri ilə mübarizə aparan general Süleymaninin ABŞ tərəfindən hədəfə alınması və öldürülməsi beynəlxalq terror aktıdır. Nazir bu hərəkəti son dərəcə təhlükəli və səfeh eskalasiya adlandırıb: “ABŞ yaramaz avantürizminin bütün nəticələrinə görə məsuliyyət daşıyır”.
Qeyd edək ki, İran İnqilabı Keşikçiləri Qvardiyası (“Sepah”) “Quds” qanadının komandanı, general Qasım Süleymani ABŞ-ın Bağdadın hava limanına endirdiyi raket zərbələri nəticəsində öldürülüb. İranın ali dini lideri Ayətullah Əli Xamenei Q.Süleymaninin öldürülməsinə görə qisas alacaqlarını söz verib. ABŞ silahlı qüvvələri yüksək döyüş hazırlığına gətirilib.

Son xəbərlər
Son Xəbərlər