Zərif Davosa getməkdən imtina etdi

zerif-davosa-getmekden-imtina-etdi
Oxunma sayı: 1048

İranın Xarici işlər naziri Məhəmməd Cavad Zərif Davosda keçiriləcək Ümumdünya İqtisadi Forumunda iştirakdan imtina edib.

“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, Zərif forumda iştirak etmək üçün qeydiyyatdan keçsə də, regiondakı vəziyyət səbəbindən İsveçrəyə getməyəcək. Bu barədə Ümumdünya İqtisadi Forumunun prezidenti Borq Brende jurnalistlərə açıqlamasında deyib:

“İranın XİN rəhbəri qeydiyyatdan keçmişdi, ancaq biz daha sonra imtina barədə məlumat aldıq”.

Brende Davosda ABŞ və İran nümayəndələri arasında hər hansı görüş keçirilib-keçirilməyəcəyi ilə bağlı suala münasibət bildirməyib.