İranın Xarici İşlər naziri Cavad Zərifin Rusiyaya səfəri iyunun 16-da baş tuta bilər. “Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.
“İyunun 16-na İranın xarici siyasət idarəsinin rəhbərinin Rusiya Federasiyasına səfəri, Rusiya Xarici İşlər Nazirliyinin rəhbəri Sergey Lavrovla danışıqları hazırlanır”, - rusiyalı diplomat məlumatlandırıb.
O qeyd edib ki, səfərin bütün logistikasının razılaşdırılmasından sonra XİN qarşıdakı danışıqlar mövzusunda daha ətraflı məlumat verəcək.
Son xəbərlər
Son Xəbərlər