Zərif Suriyaya gedir

zerif-suriyaya-gedir
Oxunma sayı: 1492

İranın Xarici İşlər naziri Cavad Zərif aprelin 20-də Suriyaya rəsmi səfər edəcək.

“Qafqazinfo” “Gazeta.ru”ya istinadən bildirir ki, bu barədə Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Abbas Musəvi bildirib.

Musəvinin sözlərinə görə, səfər zamanı Zərif Suriya Prezidenti Bəşər Əsəd və Xarici İşlər naziri Valid Müəllimlə danışıqlar aparacaq. Danışıqlar zamanı tərəflər ikitərəfli münasibətləri, regiondakı vəziyyəti və terrorizmə qarşı mübarizəni müzakirə edəcəklər.