Ermənistanın Xarici işlər naziri Edvard Nalbandyan İrana səfərə hazırlaşır.
“Qafqazinfo” "Novosti-Armeniya"ya istinadən xəbər verir ki, Tehrana səfər iyunun 5-6-da baş tutacaq.
Hökumətin mətbuat xidmətindən verilən məlumata görə, Nalbandyan İrana Xarici işlər naziri Məhəmməd Cavad Zərif tərəfindən dəvət olunub.
Nalbandyanın İranda bir sıra rəsmi görüşlər keçirəcəyi gözlənilir.
Son xəbərlər
Son Xəbərlər