"Qafqazinfo"ya İcra Hakimiyyətindən daxil olan məlumata görə, tədbiri giriş sözü ilə açan Zərifə Əliyeva adına uşaq bağçasının müdiri Sevinc Mustafayeva qayğıkeş insan, böyük ziyalı, sədaqətli həyat yoldaşı, gözəl ana kimi xatırlanan, bütöv və hərtərəfli şəxsiyyətində, zəngin elmi fəaliyyətində işıqlı keyfiyyətləri yüksək səviyyədə yaşatmış, möhkəmlətmiş görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın mənalı ömür yolundan danışmış, bu yolun qiymətli nümunəyə çevrilərək həyatında və fəaliyyətində elmin işığına, işığın elminə sədaqətli olan yeni-yeni ziyalı nəsilləri üçün örnək olduğunu bildirmiş, Azərbaycan təbabət elminin böyük alimin elmi xidmətlərini və kəşflərini yüksək səviyyədə qəbul etdiyini, onun göz xəstəliklərinə dair təliminə yiyələnmiş yeni nəsillərin bu əvəzolunmaz alimin işıqlı elmi ideyalarını ayrı-ayrı ölkələrə yaydığını nəzərə çatdırıb.
Daha sonra çıxış edən Nərimanov Rayon İcra Hakimiyyəti başçısı Abdin Fərzəliyev qeyd edib ki, akademik Zərifə Əliyeva Azərbaycan oftalmologiya elmini dünya təbabətində beynəlxalq oftalmologiya elmi mühiti səviyyəsinə qaldırıb. Dünya oftalmoloqları ən görkəmli azərbaycanlı alim, akademik Zərifə Əliyevanı öz sıralarında görmüş, onu bu elmin ön cərgəsində qəbul ediblər. O, elmi-pedaqoji fəaliyyətində təkcə çoxşaxəli elmi-tədqiqat işləri aparmaqla kifayətlənməmiş, yüksəkixtisaslı gənc alim kadrların yetişdirilməsi və oftalmoloq həkimlərin ixtisaslarının artırılması işinə də xüsusi diqqət yetirib.
Son xəbərlər
Son Xəbərlər