Tədbirin Zərifə Əliyevanın xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Milli Məclisin deputatı Jalə Əliyeva, Nərimanov Rayon İcra Hakimiyyəti başçısının müavini İradə Mahmudova, ziyalıların, rayon ictimaiyyətinin, fəal gənclərin qatıldığı tədbiri giriş sözü ilə açan Yeni Azərbaycan Partiyasının Nərimanov rayon Qadınlar Şurasının sədri Məhəbbət İbrahimova oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın ömür yolundan danışıb.
Daha sonra çıxış edən Milli Məclisin deputatı Jalə Əliyeva vurğulayıb ki, tibbin mühüm sahəsi olan oftalmologiya elmi sahəsində uzun illər dəyərli tədqiqatlar aparan, intellektual səviyyəsi, özünəməxsus tədqiqatçılıq məharəti, qələminin qüdrəti ilə elmin ən uca mərtəbələrini fəth edən Zərifə Əliyeva görkəmli alim, müəllim, ictimai proseslərdə fəal Azərbaycan qadını kimi milli elm tarixinə möhürünü vurub.
Son xəbərlər
Son Xəbərlər