Zərifə Əliyevanın anım tədbiri keçirilib

zerife-eliyevanin-anim-tedbiri-kecirilib
Oxunma sayı: 851

Bu gün oftalmoloq alim, akademik Zərifə Əliyevanın anadan olmasının 93-cü ildönümü ilə əlaqədar Nərimanov rayonunda təşkil olunan silsilə tədbirlər çərçivəsində rayon ərazisində yerləşən Zərifə Əliyeva adına uşaq bağçasında Heydər Əliyev Fondunun təşkilatçılığı ilə anım tədbiri keçirilib.

Qafqazinfo” xəbər verir ki, rayon rəhbərliyi, Milli Məclisin deputatları, nazirlik, komitə və təşkilat rəhbərlərinin qatıldığı tədbiri giriş sözü ilə açan Zərifə Əliyeva adına uşaq bağçasının müdiri Sevinc Mustafayeva oftalmoloq alim, akademik Zərifə Əliyevanın ömür yolundan danışıb.

Daha sonra çıxış edən Nərimanov Rayon İcra Hakimiyyəti başçısı Abdin Fərzəliyev qeyd edib ki, akademik Azərbaycan oftalmologiya elmini dünya təbabətində beynəlxalq oftalmologiya elmi mühiti səviyyəsinə qaldırıb. Onun zəngin elmi irsi, oftalmologiyanın müxtəlif sahələri üzrə apardığı tədqiqatlar, qazandığı nailiyyətlər, yazdığı fundamental əsərlər nəinki Azərbaycan, eləcə də dünya tibb elminin tarixində yeni səhifələr açıb, əsərləri, elmi monoqrafiyaları bu gün də öz aktuallığını itirmir.

Tədbirdə çıxış edən Milli Məclisin deputatı Jalə Əliyeva Z.Əliyevanın cəmiyyət üçün böyük dəyərlərə malik övladlar tərbiyə etdiyini, bunu onun fədakar ana olmasından irəli gəldiyini vurğulayaraq, Zərifə xanımla Heydər Əliyevin ailəsinin, onların yetişdirdiyi övladların bugünkü gənc ailələrə örnək olduğunu söyləyib.