Zərifə Əliyevanın ildönümü ilə əlaqədar “Ağrıyan gözlərə şəfadır əlin” adlı tədbir keçirildi - Fotolar

zerife-eliyevanin-ildonumu-ile-elaqedar-agriyan-gozlere-sefadir-elin-adli-tedbir-kecirildi
Oxunma sayı: 1275

Azərbaycan Tibb Universitetində Azərbaycan Tibb Universiteti Nəsimi Rayon İcra Hakimiyyəti ilə birgə görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın anadan olmasının 99-cu ildönümü ilə əlaqədar “Ağrıyan gözlərə şəfadır əlin” adlı tədbir keçirilib.

“Qafqazinfo” xəbər verir ki, tədbirdə Səhiyyə Nazirliyinin, Azərbaycan Tibb Universitetinin, Nəsimi rayon İcra Hakimiyyəti rəhbərliyi, rayonun səhiyyə müəssisələrinin rəhbərləri, professor-müəllim heyəti və tələbələr iştirak ediblər.

Əvvəlcə tədbir iştirakçıları “Zirvələrə yüksələn zərif insan ömrü” filminə tamaşa ediblər.

Daha sonra Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov çıxış edərək bildirib ki, çoxşaxəli, gərgin fəaliyyətinə baxmayaraq, Zərifə Əliyeva həmişə qadın incəliyini və zərifliyini qoruyub saxlaya bilib, özünün parlaq şəxsiyyətində əsl Azərbaycan xanımının keyfiyyətlərini yaşadıb: “Ümummillli Lider Heydər Əliyevin ömür gün yoldaşı olan Zərifə xanım görkəmli alim olmaqla yanaşı, həm də fəal ictimai xadim, qayğıkeş ana olub. Zərifə xanımın fəxri adları, elmi titulları, mükafatları çoxdur. 

Ulu öndərin əsasını qoyduğu quruculuq işləri və Zərifə xanımın çoxşaxəli humanitar missiyası bu gün Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən uğurla davam etdirilir”.

Hər il olduğu kimi bu ildə Zərifə Əliyevanın anadan olmasının ildönümü ilə əlaqədar 50 nəfərə yaxın gözdən əlil, fiziki qüsurlu məktəbliyə optic göz eynəkləri təqdim edildi və 1 nəfər şagirdin hər iki gözdən əməliyyat olunacağı qeyd olunub.