Zəriflik və gözəlliyin simvolu “Kolarz” mağazası açıldı - Fotolar + Video

zeriflik-ve-gozelliyin-simvolu-kolarz-magazasi-acildi
Oxunma sayı: 6515

Ötən gün zəriflik və gözəlliyin simvoluna çevrilmiş “Kolarz” mağazasının açılışı baş tutub.

“Qafqazinfo” xəbər verir ki, Məmməd Araz 31 C ünvanında  “Svarovski” büllurunun hər iki növündən hazırlanmış  modern, klassik və avanqard tərzdə çilçıraq, bra, torşer, spot  və müxtəlif aksessuarlar xüsusi zövqlə seçilərək alıcılara təqdim olunur. 

Açılışda iş adamları, brendin xarici nümayəndələri iştirak edib.  “Kolarz” mağazasının rəhbəri Taleh Məmmədov fərqli məkan barədə danışıb.

““Kolarz” Avstrya şirkətidir, işıqlandırma aləmində dünyada brend marakalardan biridir. Bu il şirkətin yaranmasının 100 illiyi qeyd olunur. Biz bu firmanın Azərbaycanda 13 ildən çoxdur ki, distributorluğunu edirik. Amma bu il 100 illiyə xas olaraq Bakıda özəl bir mağazasının açılışını edirik.. Bu şirkət sözünü demiş bir şirkətdir. Əsas əl işi və svarovski kristalının vətəni sayılan Avstryada çilçıraqların istehsalı ilə məşğuldur. İndi isə Azərbaycanda satışını həyata keçirəcəyik”.

Onu da qeyd edək ki, “Kolarz”ın dünyanın 50-dən çox ölkəsində tərəfdaşları var. Məsələn, dünyada təxminən 3200 tanınmış alış-veriş mərkəzləri, London və Paris Galeries Lafayette ilə Harrods evləri üçün “Kolarz” işıqlandırma satışı ilə məşğul olur.

Xatırladaq ki, 1918-ci ildən, Vyananın 8-ci ilindəki Hans Colars istehsal lövhəcikləri qurduqdan sonra ailə müəssisəsi artıq 4-cü nəsil tərəfindən idarə olunur.

“Kolarz”- Evinizin nuru!

Ünvan: Bakı şəhəri, Məmməd Araz küçəsi 31 C

Tel:   (+994 12) 436 32 76                      İnstagram: @kolarz_baku

Fax:  (+994 12) 436 43 81                     Facebook: Kolarz Baku

E-mail:  [email protected]                   www.kolarz.at