“Аzərişıq” ASC Şəki rayonunda yeni ofis binası tikib istifadəyə verdi.
Qurumun mətbuat xidmətindən “Qafqazinfo”ya daxil olan xəbərə görə, “Şimai Qərb” Regional Enerji Təchizatı və Satışı İdarəsi üzrə yeni belə bir inzibati bina Şəki rayonunda tikilib və abonentlərin istifadəsinə verilib.Ofis binasında elektrik şəbəkənin əməkdaşları üçün hər cür iş şəraiti yaradılıb. Səmərəli fəaliyyət üçün bütün texniki şəraiti olan tikilinin iş otaqları energetika sahəsinin avadanlıqları ilə bərabər kompüter texnikası və internetlə təmin edilib. Ayrı-ayrı fəaliyyət sahələrini nəzərə alaraq burada abonentlərin ərizə və şikayətlərinin qəbulu, satış, qəza xidməti, maliyyə-mühasibatlıq məsələləri üçün məxsusi otaqlar yaradılıb və ən uyğun şəkildə bölüşdürülüb.
Son xəbərlər
Son Xəbərlər