Zəvvarlarımız bu gün Mədinəyə çatacaq

zevvarlarimiz-bu-gun-medineye-catacaq
Oxunma sayı: 649

Bu barədə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) xarici əlaqələr şöbəsinin müdiri Müqəddəs Payızov məlumat verib. İndi zəvvarlar İraq ərazisindən İordaniya sərhədinə tərəf hərəkət edirlər.

Qeyd edək ki, 18 avtobusun olduğu ilk karvan oktyabrın 23-də, ikinci qrupu isə oktyabrın 24-də paytaxt Bakıdan yola düşüb. İran ərazisindən İraq sərhədinə keçən avtobus karvanlarını isə İran təhlükəsizlik qüvvələri müşayiət edib.

Təyyarələr isə 28-31 oktyabr tarixlərində zəvvarları həcc ziyarətinə aparacaq.

Xatırladaq ki, bu il də Azərbaycandan həcc ziyarətinə avtobus və təyyarələrlə 2 min zəvvar yola düşəcək.

ANS PRESS