Zeynalova autizmli qızından danışdı

zeynalova-autizmli-qizindan-danisdi
Oxunma sayı: 4417

Rusiyanın Birinci kanalının Azərbaycan əsilli aparıcısı Svetlana Zeynalova ilk dəfə autizmli qızından danışıb.

“Qafqazinfo” xəbər verir ki, 43 yaşlı aparıcı Vasili Konovun Yutub kanalına müsahibəsində autizm diaqnozlu uşaqları olan valideynlərə məsləhətlərini də verib:

“İstənilən diaqnoz həyatınızı əvvəl və sonraya bölür. Ola bilsin ki, ilk illər mən həyatımın yalnız əvvəlini xatırlayırdım, ancaq sonra bu barədə fikirləşməyi dayandırdım. Həyat olduğu kimi irəliləyir. Diaqnozu öyrənəndə əvvəlcə çox qorxmuşdum. Hər şeyə operativ reaksiya verməli və uşağa necə yardım etmək barədə düşünülməlidir”.

Zeynalova qızı Aleksandra ilə birlikdə onları qonaqlıqlarda görmək istəmədiklərini bildirib. Aparıcı autizm səbəbindən qızına qarşı mənfi münasibət göstərildiyini deyib:

“Son 10 ildə vəziyyət dəyişdi. Bizə ehtiyacı olmayanlar yox oldu. Mənim çox gözəl dostlarım var. Uşaqlarımız bir-birlərini qəbul edirlər. Allaha, karmaya mənə belə gözəl insanlar göndərdikləri üçün təşəkkür edirəm”.