Zeynəb Xanlarova əsəbiləşdi- - "Camaatı ayağa qaldırmayaq" + Video

zeyneb-xanlarova-esebilesdi-
Oxunma sayı: 10635

"Qafqazinfo" xəbər verir ki millət vəkili vitse-spiker Ziyafət Əsgərova üzünü tutaraq deyib:

"Ziyafət müəllim, gül kimi danışmağa həvəsim var idi, həvəsimi öldürdünüz. Mən Nardaran camaatının problemləri haqda əziz prezidentimizə də məlumat çatdırmışam. Çünki mənim bağım da ordadır. Daha sakinlər şikayətləri ilə bağlı şəhərə gəlməyə əziyyət çəkmirlər, mənə deyirlər. Sağ olsun prezidentim problemin həllinə göstəriş verib və saatlarla da olsa qaz verilir.  Onlar narazlıq etmirlər. Deyirlər, Allah prezidentimizə can sağlığı versin. 

İndi isə ikinci məsələdən danışıram. Camaat çox narahatdır. Biz gərək yerli camaatı ayağa qaldırmayaq. Binə yolu ilə gələndə görürəm ki, dənizin qırağında elə evlər tikilib ki,  bilmək olmur kimindir.  Üstəgəl o evləri elə hasara alırlar ki,  dünyanı gəzmişəm belə hasarlar görməmişəm. Amerikada Ağ evin qarşısında heç bir hasar yoxdur. İnsanlar ağlayır ki, bizim  əlimizdən hər şeyi alıblar. Bəs bu dənizi niyə alıblar? Hasarı çəkmisən özün bilərsən, gəlib səni oğurlamayacaqlar ki? Bilmirəm kimindir, İsgəndərindir, yoxsa Cahangirin? Kimin olduğunun  mənə dəxli yoxdur. Tikiblər sağlıqlarına qismət olsun. Ancaq o dənizi xalqın əlindən almaq olmaz. Nə qədər hasar çəkmək olar? Bir var evin həndəvərinə çəkəsən, bunlar elə etməyiblər. Dənizi bütöv hasara alıblar. Bu mənim özümə də xoş gəlmir.  Bu dənizi insanlardan almaq olmaz. Allahın xalqa bəxş etdiyi dənizin ətrafın o hasarı niyə çəkiblər? Onu istəyirlər ki, xalq ayağa qalxıb gedib o hasarları külünglərlə dağıtsın. Mən istəmirəm ki, belə olsun. Biz camaatı güclə saxlamışıq, güclə sakitləşdirmişik. Ona görə gedib prezidentimə dedim. Prezident dedi ki, hər şey həll olunacaq. Qaz işıq problemi həll oldu. İndi bu dəniz məsələsi necə olacaq? O kimin villasıdır? Tikiblər, sonra da dənizi hasara alıblar. Gedib Maştağaya qədər çıxır. Açığını deyim ki, mən qorxuram. Qorxuram ki, camaat ayağa qalxar. Çünki şikayətlərini mənə deyirlər. Bu Nardaran camaatı "mən ölüm, sən ölümə" baxmır. Onlar ayağa qalxdılar, qurtardı. Mən istəmirəm belə şey olsun. Mən xahiş edirəm bunu nəzərə alsınlar. Belə bir vəziyyətin olması yaxşı deyil. Mən sözümü dedim, sabah bir şey olsa deməsinlər ki, Zeynəb demədi. Qoy Nardaran camaatı da eşitsin".

Bakı kəndlərini təmsil edən Qalib Salahzadə Z. Xanlarovaya cavab verib.O qeyd edib ki, Z. Xanlarovanın dediyi torpaqların nardaranlılara heç bir aidiyyatı yoxdur:

“Həmin hasarlar Bilgəh torpaqlarına çəkilib. İsgəndər deyilən adam vaxtilə gəlib dövlətin pulunu ödəyib, orada torpaq alıb. İndi orada haasr çəkir gözllik yaradır və bilgəhlilərin buna heç bir etirazı yoxdur.Mən bunu bilgəhli kimi deməliyəm. Nardaran torpaqları isə Bilgəh torpaqlarından sonra başlayır.

Günel