"Qafqazinfo"ya daxil olan məlumata görə, Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə təşkil olunmuş proqram Nyu-Yorkun Bruklin səmtindəki “Master Theatre” adlı konsert kompleksində baş tutub.
Konsert Azərbaycanın milli himninin səsləndirilməsi ilə başlayıb. “Xoş gördük, əzizlərim” adlı proqramda xalq artisti Zeynəb Xanlarova on nəfərlik ansamblının müşayiəti ilə repertuarındakı ən sevilən mahnıları “Xoş gördük”, Doğmasan mənə”, “Anacan”, “Niyə yox deyirsən”, “Azərbaycan maralı”, “Olmaz, olmaz”, “Qadan mən alım”, “Gül yanaqlım”ifa edib.
Tədbirdə iştirak edən Bruklin rayonunun rəhbəri Erik L.Adams çıxış edərək Novruz bayramı münasibətilə azərbaycanlıları təbrik edib. Bruklin rayonunun rəhbəri xidmətlərinə görə Azərbaycanın xalq artisti Zeynəb Xanlarovanı Bruklinin xüsusi mükafatı ilə təltif edib.
Konserti izləyən tamaşaçılar arasında ABŞ-ın bir sıra şəhərlərindən gəlmiş azərbaycanlı, türk, yəhudi və digər xalqların nümayəndələri olub. İki saat yarım davam edən konsert Zeynəb Xanlarovanın “Birlik” mahnısı ilə başa çatıb.
Son xəbərlər
Son Xəbərlər