Zeynəbin cəsədi tapıldı

zeynebin-cesedi-tapildi
Oxunma sayı: 4902

Avqustun 10-da Bakının Nardaran qəsəbəsində, qeyri-çimərlik ərazidə batan 2009-cu il təvəllüdlü Cəfərzadə Zeynəb Ramin qızının cəsədi tapılıb.

"Qafqazinfo" FHN-ə istinadən xəbər verir ki, Zeynəbin meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Qeyd edək ki, həmin gün Zeynbəbin bacısı və iki əmisi uşağı da suda boğulub.