“Zeytun budağı” əməliyyatı 6-cı günündə - Öldürülən terrorçu sayı artdı

zeytun-budagi-emeliyyati-6-ci-gununde
Oxunma sayı: 2677

Türkiyə Silahlı Qüvvələri (TSQ) Suriyanın Afrin bölgəsində keçirilən “Zeytun budağı” adlı əməliyyatın 6-cı günü ilə bağlı hesabatı açıqlayıb.

“Qafqazinfo” xəbər verir ki, bu gün terrorçuların sığınacaq, silah anbarı və digər məqsədlərlə istifadə etdiyi 25 hədəf məhv edilib.

Əməliyyatlarda 14 təyyarə iştirak edib.

6 gün ərzində zərərsizləşdirilən terrorçuların sayı isə 306-ya çatıb.