“Zeytun Pharmaceuticals” şirkəti beynəlxalq sertifikatlara layiq görüldü

zeytun-pharmaceuticals-sirketi-beynelxalq-sertifikatlara-layiq-goruldu
Oxunma sayı: 3043

Öz fəaliyyətində yüksək keyfiyyət göstəriciləri və beynəlxalq idarəetmə standartlarına sahib olmaqla, Azərbaycanın əczaçılıq sektorunun aparıcı şirkətlərindən olan “Zeytun Pharmaceuticals” MMC, növbəti uğura imza atıb.

“Qafqazinfo” xəbər verir ki, idarəetmə sistemlərinin keyfiyyət və Avropa standartlarına uyğunluğunu müəyyən edən və bu sahədə sertifikasiyanı həyata keçirən nüfuzlu “Tüv Austria” təşkilatı tərəfindən “Zeytun Pharmaceuticals” şirkəti, böyük nüfuza malik olan “GDP Management System” və “ISO-9001:2015 Quality Management System” Beynəlxalq Sertifikatlarına layiq görülüb.

Bu sertifikatlar əczaçılıq sahəsində beynəlxalq idarəetmə standartlarına uyğunluğu təsdiq edən sənədlərdir.

Belə ki, Good Distribution Practice – GDP sertifikatı hazırda dünyada dərmanların keyfiyyətini, təhlükəsizliyini və bütövlüyünü qorumaq üçün tələb olunan standartlara uyğun şəkildə daşınmanı nəzərdə tutan, dərmanların paylanma sistemini saxta, təsdiqlənməmiş, qeyri-qanuni idxal, oğurlanmış, saxtalaşdırılmış və ya yanlış markalanmış əczaçılıq məhsullarından qorumaq prinsiplərinə əsaslananır.

Qeyd edək ki, “Zeytun Pharmaceuticals” Azərbaycan əczaçılıq sektorunda Beynəlxalq GDP sertifikatına sahib olan ilk təşkilatdır.