“Zibili küçəyə atır, liftdə tüpürür…”

zibili-kuceye-atir-liftde-tupurur
Oxunma sayı: 1668

Bəstəkar- müğənni Murad Arif sosial şəbəkədə bayağı mahnı ifa edən müğənniləri yenidən tənqid edib.  “Qafqazinfo” xəbər verir ki, o, fesybukda status yazaraq onları gigiyena qaydalarına riayət etməyən insanlara bənzədib: 

“Bəzi mahnıları eşidəndə, mənə elə gəlir ki, onun ifaçısı elementar gigiyena qaydalarına riayət etmir, bu adamdan mütəmadi olaraq tər iyi gəlir, nəfəsi də təravətsizdir... Zibili küçəyə atır, liftdə tüpürür, ictimai yerdə ucadan danışır, uşağını çırpır və s. Yəqin ki, əlaqələndirməm yanlışdır. Amma, musiqinin üslubu həqiqətən də, adam haqda təsəvvür yarada bilir”.