Zibillikdən körpə meyidi tapıldı- - Azərbaycanda

zibillikden-korpe-meyidi-tapildi-
Oxunma sayı: 3192


Bu gün şəhərin şimalında yerləşən Bozdağın ətəyindəki zibil poliqonundan yeni doğulmuş qız uşağının cəsədi aşkarlanıb. 

Şahidlərin sözlərinə görə, cəsəd un kisəsinin içərisində olub.

“Qafqazinfo”nun APA-ya istinadən məlumatına görə, kisəyə uşaqla yanaşı, zibil də doldurulub.

Hadisənin necə və hansı şəraitdə baş verməsi, uşağın valideyninin kim olması və onun nəyə görə zibilliyə atılması hələlik məlum deyil.


Faktla bağlı Mingəçevir şəhər Polis Şöbəsi və Prokurorluğu tərəfindən araşdırma aparılır.