Zibilqabıdan yeni doğulmuş körpə meyiti tapıldı

zibilqabidan-yeni-dogulmus-korpe-meyiti-tapildi
Oxunma sayı: 2241

Sumqayıtda zibilqabıdan meyit tapılıb.

“Qafqazinfo”nun APA-ya istinadən məlumatına görə, hadisə şəhərin 2-ci mikrorayon ərazisində qeydə alınıb. 

Həmin ərazidəki zibilqablarından birindən yeni doğulmuş qız uşağının meyiti aşkar edilib. Körpənin meyiti ekspertizaya təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.