Fransalı baş məşqçi Zinəddin Zidan dil probleminə görə İngiltərənin “Mançester Yunayted” komandasına rəhbərlik etmək istəməyib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “Lequipe” nəşri məlumat yayıb.
“Mən ingilis dilini başa düşürəm, amma mükəmməl bilmirəm. Bilirəm ki, klublarda dili bilmədən işləyən məşqçilər var. Amma mən prinsiplərə əməl edirəm. Qələbə qazanmaq üçün bir çox amilləri nəzərə almaq lazımdır. Uğur qazanmaq üçün nəyə ehtiyacım olduğunu anlayıram”, - o bildirib.
Qeyd edək ki, mütəxəssisin “qırmızı-şeytanlar”ın baş məşqçi postuna gətiriləcəyi ilə bağlı məlumatlar yayılıb.
Xatırladaq ki, Zinəddin Zidanın son klubu 2021-ci ilin yayından ayrıldığı “Real”dır.