“Zidan çətinliklə üzləşməyəcək” - Azərbaycan millisinin baş məşqçisi

zidan-cetinlikle-uzlesmeyecek
Oxunma sayı: 905

Azərbaycan millisinin baş məşqçisi Robert Prosineçki goal.com saytına müsahibə verib. “Qafqazinfo” xəbər verir ki, o, müsahibəsində Zinnədin Zidanın Madrid “Real”ına baş məşqçi təyin olunmasından danışıb. 

Prosineçki Zidanın “qalaktikos”la uğur qazana biləcəyinə inandığını deyib: “Zidan dahi futbolçu idi. İnanıram ki, məşqçi kimi də özünü sübut edəcək. “Real”ın “Valensiya” ilə 2:2-lik heç-heçə etməsi Florentina Peresin səbrini daşırdı. Komanda getdikcə uğursuz nəticələrə imza atırdı. Buna görə də dəyişiklik labüd idi. Zidan “Real” üçün yaxşı seçimdir. Amma yenə də “Barselona” çempionatın favoritidir. “Kral klubu” Zidanla öz oyununu tapa bilər, amma kataloniya klubu ilə mübarizə çox çətin olacaq”.

Xorvat mütəxəssis fransız məşqçinin azarkeşlər arasında asanlıqla qəbul ediləcəyini də sözlərinə əlavə edib: “Zidan Benites kimi çətinliklə üzləşməyəcək. Azarkeşlər onu rahatlıqla qəbul edəcəklər. Bir də “Real”ın baş məşqçisi olmaq ona görə çətindir ki, komandanın tərəfdarları nəticədən əlavə həm də gözəl oyun tələb edirlər. Çünki bu komanda həmişə hücum futbolu oynayıb”.