Zidan Eden Azarı yoldan çıxardı, “Real”a keçir

zidan-eden-azari-yoldan-cixardi-reala-kecir
Oxunma sayı: 2604

Madridin “Real” klubunun baş məşqçisi Zinəddin Zidanla apardığı danışıqlardan sonra “Çelsi”nin yarımmüdafiəçisi Eden Azar ispan klubuna keçməyə razılıq verib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, belçikalı futbolçunun beş illik müqavilə bağlayacağı və “kral klubu”nun ən yüksək ödənişli futbolçusu olacağı qeyd edilir. 

Qeyd edək ki, Azarın bazar qiyməti 150 milyon avrodur.