Zidan Mourinyo qarşıdurması - “Qazanmaq üçün burdayıq”

zidan-mourinyo-qarsidurmasi
Oxunma sayı: 643

Bu gün UEFA Super Kuboku oyunu çərçivəsində “Real Madrid” “Mançester Yunayted” ilə qarşılaşacaq.

“Qafqazinfo” xəbər verir ki, hər iki komandanın baş məşqçiləri oyun öncəsi fikirlərini bölüşüblər.

Zidane mövsümə yaxşı başlamaq istədiklərini bildirərək, “Mövsümün ilk rəsmi matçına çıxacağıq. Hər zamankı kimi öz oyunumuzu ortaya qoyacağıq. “Mançester Yunayted”i yaxşı tanıyırıq, amma önəmli olan bizim nə edəcəyimizdir. Qazanmaq üçün buradayıq. Başqa şeylərin əhəmiyyəti yoxdur”,-deyib.

Fransız baş məşqço “Mourinyo “Real Madrid”də yaxşı işlər görüb. Mən də yaxşı işlər görməyə çalışıram. Çempionlar Liqasını 2 dəfə qazanmağım, dahi olduğum anlamına gəlməz”,- söyləyib.

“Mançester Yunayted”in məşqçisi Mourinyo, “Real Madrid” və “Barselona” kimi daim Avropada kubok qazanan bir klubda oynamayan futbolçu, asanlıqla Super Kubok matçına çıxa bilməz. Bu xüsusi anın dadını çıxarmağa gəlmişik”, -deyə bildirib.