Zidandan ailəsi ilə bağlı paylaşım - Foto

zidandan-ailesi-ile-bagli-paylasim
Oxunma sayı: 7265

“Real”ın keçmiş baş məşqçisi Zinəddin Zidan ailəvi istirahətdən foto yayımlayıb.

“Qafqazinfo” xəbər verir ki, o, ailəvi şəkli sosial şəbəkədə paylaşıb.

Fotoda 50 yaşlı Zinəddin Zidan həyat yoldaşı, dörd oğlu və ev heyvanları yer alıb. Futbolçu şəklə “Əvvəlcə ailə gəlir” yazıb. 

Qeyd edək ki, Zinəddin Zidan gələcək həyat yoldaşı Veronika ilə 17 yaşında tanış olub. Onlar 1994-cü ildə ailə qurub. Onların nikahından dörd oğlu dünyaya gəlib: Enzo, Luka, Teo və Elyas. Onlar da atalarının yolu ilə gedərək futbolla məşğul olublar.