Zığ yolunda vurulan piyada öldü

zig-yolunda-vurulan-piyada-oldu
Oxunma sayı: 1534

Xətai rayonunun Zığ yolu küçəsində yol-nəqliyyat hadisəsi baş verib. 

“Qafqazinfo” xəbər verir ki, qəza martın 9-da saat 19 radələrində qeydə alınıb. 

Bakı şəhər sakini T.Məmmədov idarə etdiyi “Mitsubishi” markalı avtomobillə yolu keçən paytaxt sakini Rübabə Bağırovanı vurub. Nəticədə piyada hadisə yerində ölüb.

Xətai RPİ tərəfindən araşdırma aparılır.