“Zika virusunun qarşısı peyvəndlə alına bilər” - Obama

zika-virusunun-qarsisi-peyvendle-alina-biler
Oxunma sayı: 884

“Zika virusuna qarşı peyvəndlərin ixtirası mümkündür”.

“Qafqazinfo”nun Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə ABŞ prezidenti Barak Obama bildirib.

Onun sözlərinə görə, virusla mübarizə aparmaq o qədər də çətin deyil:

“Zika virusu ilə mübarizə üsullarına həsr olunmuş görüşdə biz qeyd etdik ki, onun diaqnostikasının təyini və peyvəndi üçün perspektiv var. Bu, göründüyü qədər o qədər də çətin virus deyil”, - deyə Obama qeyd edib.