“Zil”lə toqquşdu, bir qadın öldü

zille-toqqusdu-bir-qadin-oldu
Oxunma sayı: 750


“Qafqazinfo” Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, Qobustan qəsəbəsində Astara şəhər sakini Çingiz Məmmədovun idarə etdiyi “VAZ-21099” və Sabirabad rayon sakini Nəriman Hüseynovun idarə etdiyi “Zil MMZ” markalı avtomobillər toqquşub.

Ç.Məmmədovun sərnişinlərindən - Zaqatala şəhər sakini Sürəyya Qurbanova hadisə yerində ölüb, özü və digər sərnişini - Çiçək Qurbanova xəstəxanaya yerləşdirilib.

Murad Əhməd