Zinadan doğulan uşaqlar kafir hesab olunur?

zinadan-dogulan-usaqlar-kafir-hesab-olunur
Oxunma sayı: 3367

Zinadan doğulan uşaqlar kafir və günahkar olurlar? Onlarla hansı münasibəti saxlamaq lazımdır?

"Qafqazinfo"nun islam.az-a istinadən məlumatına görə, zinadan yəni kəbinsiz doğulan insanlar günahlara qarşı daha çox meyilli olurlar. Onların mütləq mənada günahkar ya kafir olacaqlarını söyləmək olmaz. Sadəcə, özüllərində qoyulmuş haram onları günah qarşısında daha zəif edir. Şeytan bu cür insanlara daha asan yol tapa bilir. Bunu immuniteti zəif olan şəxslə də müqayisə etmək olar.

İmmuniteti zəif olan ya ümumiyyətlə olmayan insan xəstəliklər qarşısında müqavimət göstərə bilmir ya da tez məğlub olur. Zinadan doğulan uşaq da belədir. Amma zinazadə uşağın da böyüyəndə mömin olması mümkündür. Əgər öz nəfsinə nəzarət etsə və günahlara bulaşmasa, halal insan səviyyəsinə yüksələ bilər.

Zinadan doğulan şəxslə münasibətlərdə hər hansı ciddi fərqlilik nümayiş etdirmək, onu əskiltmək, təhqir etmək lazım deyil. Əksinə, bu cür insanlarda özünə inam, aramlıq və ümid yaratmaq lazımdır.