Zidan, Belluçi və digərləri həkimlər üçün hazırlanan təsirli çarxda - Video

zidan-belluci-ve-digerleri-hekimler-ucun-hazirlanan-tesirli-carxda
Oxunma sayı: 2894

350 fransalı məşhur musiqili fləşmob vasitəsilə koronavirus xəstələrinin müalicəsi ilə məşğul olan həkimlərə təşəkkür edib.

“Qafqazinfo”nun məlumatına görə, bunun üçün tanınmış fransalı rəssamlar, idmançılar, jurnalistlər, aktyorlar virtual ansamblda birləşiblər.

Videoçarxda Zinəddin Zidan, Sofi Morso, Jan Cüjarden, Şarlotta Heynsburq, Pyer Rişar, Omar Si, Lara Fabian, Jan Reno və digər fransalı məşhurlar mahnı oxuyur, italiyalı superulduz Monika Belluçi isə hava öpüşü göndərir. 

Həmin görüntüləri təqdim edirik: