“Zirə” 3 legionerini səfər apara bilmədi - Viza probleminə görə

zire-3-legionerini-sefer-apara-bilmedi
Oxunma sayı: 723

“Zirə” Avropa Liqasının I təsnifat mərhələsində “Diferdanj”la səfər oyununu keçirmək üçün bu səhər Lüksembuqra yollanıb. “Qafqazinfo” xəbər verir ki, komandanın baş məşqçisi Ayxan Abbasov sport24.az-a açıqlamasında səfərə tam heyətlə - nəzərdə tutulan 20 futbolçuyla çıxa bilmədiklərini söyləyib.

17 futbolçuyla yola düşdüklərini bildirən gənc mütəxəssis 3 legionerin sonra komandaya qoşulacağını bildirib: "Bunlar Jozef Boum II, Kervens Belfort və Viktor İqbekoyidir. Onlar vizalarını ala bilməyiblər. Bu gün həmin məsələ tam həll olunacaq. Vizaları veriləcək və bizdən bir gün sonra gələcəklər. Bu gün Lüksemburqa çatandan sonra istirahətdir. Sabah məşqimiz matç keçiriləcək stadionda olacaq. Həmin hazılrıqda viza probleminə görə səfərə bizimlə çıxa bilməyən legionerlərimiz də iştirak edəcək".

Abbasov Lüksemburq paytaxtında "Hilton" otelində qalacaqlarını söyləyib.

Xatırladaq ki, bu legionerdən İqbekoyi "Zirə" Premyer Liqada çıxış edəndən, 2 ildir onun şərəfini qoruyursa, Boum II ilə Belfort komandaya yay fasiləsində gəlib. Kervens debütündə "Differdanj"a 2:0 hesabı ilə qalib gəldikləri oyunda 1 qol, 1 məhsular ötürməylə qələbədə əsas pay sahiblərindən olub.