“Zirə” 4 ayrılığı rəsmən açıqladı

zire-4-ayriligi-resmen-aciqladi
Oxunma sayı: 953

“Zirə” 4 futbolçu ilə yollarını ayırıb.

“Qafqazinfo” xəbər verir ki, Ruslan Abışov, Sərtan Taşkın, Mohamed Hamdaui və Donald Gerye ilə klub arasında imzalanmış müqavilənin müddəti başa çatıb.

Xatırladaq ki, “Zirə”də daha öncə Cəlal Hüseynov, Hamidu Keyta, Coşqun Diniyev, Loris Broqno, Mehdi Cənnətov, Mirsayib Abbasov və Mois Adileu da komandanı tərk etmişdi.