“Zirə” Ağabala ilə müqaviləni uzatdı

zire-agabala-ile-muqavileni-uzatdi
Oxunma sayı: 1162

“Zirə” futbolçusu Ağabala Ramazanovla yeni müqavilə imzalayıb.

“Qafqazinfo” klubun rəsmi saytına istinadən xəbər verir ki, 28 yaşlı hücumçu ilə anlaşmanın müddəti 1 ildir.

Qeyd edək ki, Ramazanov 2020-ci ilin yanvarından "Zirə"də çıxış edir. O, komandanın kapitanıdır.