“Zirə” Antalyaya yollandı

zire-antalyaya-yollandi
Oxunma sayı: 721

Bakıda hazırlaşan "Zirə" hazırlığın 2-ci hissəsi üçün bu gün Türkiyəyə yollanıb.

Qafqazinfo” xəbər verir ki, "qartallar" Antalyada iki yoxlama oyununda qüvvəsini sınayacaq. Yanvarın 22-də “qartallar” Bolqarıstan təmsilçisi “Lokomotiv”lə (Gorna) üz-üzə gələcək. Yanvarın 18-də paytaxt klubu Qırğızıstan təmsilçisi "Dordoy"la (Bişkek) qarşılaşacaq.

"Zirə" Türkiyədən yanvarın 23-də dönəcək. Bundan sonra iki gün istirahət edəcək komanda Premyer Liqanın AZAL-la oyununa hazırlığa start verəcək.