“Zirə” “Araz-Naxçıvan”a, “Neftçi” “Kəpəz”ə qarşı

zire-araz-naxcivana-neftci-kepeze-qarsi
Oxunma sayı: 1244

Bu gün Azərbaycan kubokunda 1/4 final mərhələsinə yekun vurulacaq.

“Qafqazinfo” xəbər verir ki, son gündə daha iki cavab qarşılaşması baş tutacaq.

“Zirə” – “Araz-Naxçıvan”la, “Neftçi” – “Kəpəz”lə münasibətlərinə aydınlıq gətirəcək.

Xatırladaq ki, daha öncə “Qarabağ” “Səbail”lə, “Sabah” isə “Sumqayıt”la duellərdən qalib ayrılaraq yarımfinala yüksəliblər.

Azərbaycan kuboku
1/4 finalın cavab oyunları
28 fevral

“Zirə” – “Araz-Naxçıvan” 
Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Rahil Ramazanov, Kamal Umudlu
Zirə İdman Kompleksinin stadionu, 16:00.
İlk oyun – 0:1

“Neftçi” – “Kəpəz”
Hakimlər: Rəşad Əhmədov, Vüsal Məmmədov, Teymur Teymurov, Tural Qurbanov
Bakı. “Neftçi Arena”, 19:30.
İlk oyun – 2:0