“Zirə” AZAL-a, “Qarabağ” “Neftçi”yə qarşı

zire-azal-a-qarabag-neftciye-qarsi-
Oxunma sayı: 1007

Bu gün Azərbaycan Premyer Liqasında 15-ci tura yekun vurulacaq.

Qafqazinfo” xəbər verir ki, “Zirə” öz meydanında autsayder AZAL-ı qəbul edəcək. Qonaqlar sonuncu pillədən qurtulmaq üçün qələbə qazanmalıdır. “Zirə” isə qələbə sayəsində 5-ci pilləyə yüksələ bilər.

Turun mərkəzi oyununda isə lider “Qarabağ“ əzəli rəqibi "Neftçi"ni qəbul edəcək. Qış fasiləsində demək olar ki, heyətini dəyişən “Neftçi“nin Ağdam klubuna qarşı necə mübarizə aparacağı maraqla gözlənilir.

Azərbaycan Premyer Liqası
XIX tur

15:00 “Zirə”AZAL
Hakimlər: Rəvan Həmzəzadə, Yaşar Abbasov, Mübariz Haşımov, Vüsal Qənbərov
Əlavə köməkçi hakimlər: Orxan Məmmədov, Elvin Əsgərov
AFFA nümayəndəsi: Rauf Hüseynli
Hakim-inspektor: Murad Məmmədov
Zirə İdman Kompleksinin stadionu

 

17:30 “Qarabağ” – “Neftçi”

Hakimlər: Ramil Diniyev, Vaqif Musayev, Mehman Mahmudov, Coşqun Həsənov
Əlavə köməkçi hakimlər: Rauf Cabbarov, İnqilab Məmmədov
AFFA nümayəndəsi: Əsgər Əmirəliyev
Hakim-inspektor: Xaqani Məmmədov
“Azersun Arena”